ABŞ-də meymun çiçəyinə ilk yoluxma halı aşkarlandı
ABŞ-də meymun çiçəyi xəstəliyinə ilk
yoluxma hadisəsi qeydə alınıb.
TodayPress xəbər verir ki,bu barədə “Associated Press”
xəbər yayıb.
Yeni ştamla yoluxmuş şəxs Şərqi Afrikaya səyahət etdikdən
sonra ABŞ-a qayıdıb. Hazırda o, Kaliforniyada xəstəxanada müalicə olunur.
Bu ilin əvvəlində meymun çiçəyinin yeni, daha yoluxucu
bir növü aşkarlanıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo
Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib.
Qeyd edək ki, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı
dünyanın bir sıra ölkələrində meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar
ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
tag: Meymunçiçəyi, ABŞ, Virus, Yoluxma,todaypress.az,