ABŞ-də meşə yanğını: 3 min nəfər təxliyə edildi
Nyu-Cersi ştatının Ouşn dairəsində başlayan meşə yanğını təxminən 1,3 min hektar ərazini əhatə edib.
TodayPress xəbər verir ki, bu barədə ştatın Meşə Yanğınları Xidməti məlumat yayıb.
Yanğının yaxınlığında yerləşən 1,3 min tikiliyə təhlükə yarandığı üçün yerli hakimiyyət orqanları 3 minə yaxın sakini təxliyə edib. Yanğının səbəbi hələ ki müəyyən olunmayıb.
Hazırda alovun yalnız 5 faizi nəzarət altına alınıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qiymət Mahir
tag: ABŞ,Meşə,Yanğın,Fəlakət,Todaypress.az,