ABŞ-də məktəbdə atışma - Ölən və xəsarət alanlar var
Dünya
16.12.2024 23:22
ABŞ-nin Viskonsin ştatının paytaxtı Medisondakı “Abundant Life” məktəbində atışma olub.
TodayPress-in məlumatına görə, bu barədə “ABC News” yerli
polisə istinadən xəbər verib.
Polis hadisə zamanı 4
nəfərin öldüyünü, daha 5 nəfərin xəsarət aldığını bildirib. Qeyd edilir ki, cinayətkar zərərsizləşdirilib. Onun şəxsiyyəti açıqlanmır.
Məktəbdə təxminən 390 şagird təhsil alır.
Xatırladaq ki, ötən il ABŞ-də məktəblərə 349, bu il isə
322 silahlı hücum olub.
tag: ABŞ, Atışma,