ABŞ-də məhbus edam edildi

Dünya

21.09.2024 08:39

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə məhbus edam edilib.

TodayPress xəbər verir ki, bu barədə yerli "Post and Courier" nəşri yazıb. 

Qeyd olunub ki, qətldə təqsirli bilinən Freddie Eugene Ovens adlı şəxs öldürücü inyeksiya ilə edam edilib. 

Nəşrin yazdığına görə, əvvəllər Cənubi Karolina edamların sayına görə ştatlar arasında liderlərdən biri olsa da, sonradan inyeksiya dərmanlarının əldə edilməsində problemlərlə üzləşib. 

Edam edilən şəxs 1997-ci ildə mağaza işçisini öldürməkdə təqsirli bilinib. O, eyni zamanda məhbus yoldaşını vəhşicəsinə qətlə yetirib. 

Günəş Mərd

tag: Cənubi Karolina ,ABŞ ,Freddie Eugene Ovens ,Edam, todaypress.az,