ABŞ-də “McDonald's” şəbəkəsində zəhərlənmə oldu, ölən var

Dünya

23.10.2024 08:11

ABŞ-də “McDonald's” “fast food” şəbəkəsində bağırsaq çöpü bakteriyasına yoluxmuş bir nəfər ölüb, daha on nəfər xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki,, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat verib.

"Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda E. coli o157:H7 ştamına 49 yoluxma qeydə alınıb" məlumatda deyilir.

Məlumata görə, ilk zəhərlənmə halları 27 sentyabrda qeydə alınıb. İyirmi səkkiz yoluxmuş şəxs haqqında rəsmi məlumat var. Kolorado ştatından bir nəfər bakteriyanın səbəb olduğu hemolitik-uremik sindromun (kiçik damarlarda həyati orqanlara, xüsusən böyrəklərə qan tədarükünü maneə törədən qan laxtalarının əmələ gəlməsi ilə xarakterizə olunan patoloji vəziyyət-red) inkişafı nəticəsində ölüb.

Epidemioloji məlumatlara görə, “McDonald”s ziyarətçiləri "Royal Çizburger"dən zəhərləniblər. Mərkəz bildirib ki, xəstələrin indiki sayı daha çox ola bilər və təsdiqlənmiş on ştatla məhdudlaşmır.

tag: ABŞ, McDonalds, Royal Çizburger, Zəhərlənmə, Ölüm, todaypress.az,