ABŞ-də matəm elan edildi
Dünya
30.12.2024 09:20
Cozef Bayden sabiq Amerika lideri Cimmi Karterin vəfatı ilə əlaqədar yanvarın 9-nu matəm günü elan edib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında yazılıb.
Eyni zamanda Bayden 30 gün ərzində ölkə daxilində və xaricdəki hökumət binalarında bütün ABŞ bayraqlarını endirmək qərarına gəlib. Karterin vida mərasimi Vaşinqtonda keçiriləcək.
Bayden daha əvvəl Karterin ölümü ilə bağlı başsağlığı verib. O, Amerikanın 39-cu prezidentini “görkəmli lider, dövlət qulluqçusu və humanitar xadim” adlandırıb. "O, bütün dünyada insanların həyatını xilas etdi, dəstəklədi və dəyişdirdi" deyə dövlət başçısı qeyd edib.
Töhfə Səməd
tag: Cozef Bayden,Amerika ,Cimmi Karter,ABŞ ,Ağ Ev,todaypress.az,