ABŞ-də konqresmenlər dövlət katibinə müraciət etdi
Dünya
25.01.2025 15:06
Bir sıra demokrat konqresmenlər ABŞ dövlət katibi Marko Rubionu ABŞ prezidenti Donald Trampın digər ölkələrə yardımın dayandırılması ilə bağlı qəbul etdiyi fərmanı ləğv etməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Demokratlar” partiyası məlumat yayıb.
“Biz sizi ABŞ-nin mövcud xarici yardım proqramlarına maliyyəni dərhal bərpa etməyə çağırırıq ki, öhdəliklərimizi yerinə yetirməyə və insanların həyatını xilas etməyə davam edək” deyə konqresmenlər diplomata müraciət ünvanlayıb.
Həmçinin siyasətçilər qeyd ediblər ki, xarici müttəfiqlərə yardım Vaşinqtonun milli maraqlarına uyğundur və ABŞ-dən gələn yardımdan asılı olan bir çox ölkələrin sakinlərinin sağ qalmasını təmin edir.
Bundan əvvəl Amerika lideri digər ölkələrə yardımı 90 gün müddətinə dayandıran fərman imzalayıb.
Sənəddə qeyd olunub ki, bütün proqramlar ABŞ-nin maraqlarına nə dərəcədə uyğun olduğunu müəyyən etmək üçün təhlil ediləcək.
Nicat Osman
tag: ABŞ,Konqres,Müttəfiq,Ukrayna,Todaypress.az,