ABŞ-də İngilis dili rəsmi dil elan edildi

Dünya

02.03.2025 10:30

2395

ABŞ Prezidenti Donald Tramp 1 mart 2025-ci il tarixində imzaladığı fərmanla ingilis dilini ölkənin rəsmi dili elan edib. Bu, ABŞ tarixində ilk dəfə olaraq federal səviyyədə rəsmi dilin müəyyən edilməsi deməkdir. 

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fərmanda qeyd olunur ki, ingilis dilinin rəsmi dil kimi təsis edilməsi ünsiyyəti asanlaşdırmaqla yanaşı, ümumi milli dəyərləri möhkəmləndirəcək və daha birləşmiş və səmərəli cəmiyyət yaradacaq. Bundan əlavə, bu fərmanla 2000-ci ildə Prezident Bill Klintonun administrasiyası tərəfindən qəbul edilmiş və federal maliyyələşdirilən qurumları ingilis dilini bilməyən şəxslərə dil yardımı göstərməyə məcbur edən sənəd ləğv edilir.  

Qeyd edək ki, ABŞ-də daha əvvəl federal səviyyədə rəsmi dil müəyyən edilməmişdi, lakin 32 ştat artıq ingilis dilini rəsmi dil olaraq tanımışdı.  

Qiymət Mahir

tag: ABŞ,İngilis dili,Donald Tramp,Dünya,todaypress.az,