ABŞ-də ikinci azot edamı gerçəkləşdi
Dünya
27.09.2024 09:35
ABŞ tarixində ikinci dəfə azot qazından istifadə etməklə məhbus edam edilib.
TodayPress xəbər verir ki, bu barədə "Associated Press "(AP) məlumat yayıb.
Alabama ştatında 59 yaşlı vətəndaş Alan Eugene Miller edam edilib. Onun 1999-cu ildə 3 nəfəri öldürdüyü müəyyən edilib. Amerikalı günahını etiraf etməyib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında ABŞ-nin Alabama ştatının məhkəməsi ABŞ tarixində ilk dəfə azotdan istifadə edilərək məhbusun edam edilməsinə icazə verib.
Günəş Mərd
tag: ABŞ ,Alan Eugene Miller ,Alabama, Məhkəmə ,Azot Qazı ,todaypress.az,