ABŞ-də hücum həyata keçirən şəxs ötən yay İŞİD-ə qoşuldu
Dünya
03.01.2025 07:53
ABŞ-nin Nyu Orlean şəhərində (Luiziana
ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror
təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Federal
Təhqiqat Bürosu direktorunun müavininin köməkçisi Kristofer Raya bildirib.
"Nyu Orleandakı hücumda başqasının iştirak etdiyini
düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub" Kristofer Raya deyib.
Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını
izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə
nəfər xəsarət alıb.
tag: ABŞ, Nyu Orlean, İŞİD, Raya, Sürücü, Terror, todaypress.az,