ABŞ-də hərbi təyyarənin bir hissəsi qoparaq məktəbin üzərinə düşdü
Dünya
13.09.2024 18:20
“Boeing” hərbi təyyarəsinin quyruğunun bir hissəsi nasazlıq səbəbindən qoparaq ABŞ-nin Cənubi Karolina ştatındakı məktəbin dayanacağına düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Bildirilib ki, sentyabrın 12-də Cənubi Karolina ştatının Hanehan şəhərindəki katolik məktəbinin dayanacağına “Boeing C-17 Globemaster III” hərbi təyyarəsinin quyruğunun qalıqları düşüb. ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, pilotlar uçuş zamanı təyyarədə nasazlıq yarandığı barədə komandanlığa məlumat veriblər. Nəşr qeyd edir ki, “Boeing C-17 Globemaster III” daha sonra aviabazaya sağlam eniş edib, onun personalı dağıntıları götürmək üçün hadisə yerinə gedib.
Qeyd edək ki, tələfat və maddi ziyan barədə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.
Töhfə Səməd
tag: Cənubi Korelina ,Boeing C-17, ABŞ ,Hadisə ,Araşdırma, todaypress.az,