ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 215-ə çatdı
Dünya
04.10.2024 14:35
ABŞ-də baş vermiş “Helen” qasırğasının fəsadları səbəbindən ölənlərin sayı 215 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, qurbanların təxminən yarısı Şimali Karolina ştatında qeydə alınıb.
Məlumata görə, Virciniya, Şimali Karolina, Cənubi Karolina, Corciya və Florida ştatlarında 750 mindən çox sakin elektriksiz qalıb.
tag: ABŞ ,Helen ,Qasırğa ,Şimali Karolina ,Cənubi Karolina ,Florida ,todaypress.az,