ABŞ-də həbsxanada baş verən davada 3 nəfər öldü

Dünya

31.07.2024 22:17

ABŞ-nin Nevada ştatında yerləşən həbsxanada dava baş verib.

TodayPress xəbər verir ki, hadisə ştatın şərqində ucqar bölgədə yerləşən “İli” Dövlət Həbsxanasında baş verib.

Hadisə nəticəsində 3 məhbus ölüb, 9 nəfər yaralanıb. Nevada İslah Departamentinin yaydığı məlumata görə, hadisə mübahisə zəmnində baş verib. Dava zamanı həbsxanada zabitlərdən xəsarət alan olmayıb. “İli” Dövlət Həbsxanası ciddi rejimli cəzaçəkmə müəssisəsi hesab olunur və orada 1183 məhbus saxlanılır.

tag: ABŞ, Həbsxana, Dava, Nevada, todaypress.az,