ABŞ-də hava şousu insanlara mənfi təsir göstərdi

Dünya

19.08.2024 12:40

ABŞ-nin Kolorado ştatında aviaşou zamanı 100-ə yaxın vətəndaş üçün təcili yardım çağırılıb, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. 

TodayPress xəbər verir ki, bu barədə “Colorado Springs” Yanğın Departamentinin sosial mediada yayımladığı bəyanatda bildirilib. 

Açıqlamada deyilir ki, buna səbəb anormal istilərdir. İştirakçılara dərhal müdaxilə edilib, hazırda vəziyyətləri yaxşıdır.

Töhfə Səməd

tag: ABŞ, Yanğın,Aviaşou,İnsanlar,Mənfi Təsir, todaypress.az,