ABŞ-də evsizlik böhranı ən yüksək həddə çatdı
Dünya
17.06.2024 19:50
ABŞ-nin böyük şəhərlərində evsizlik böhranı böyüyür.
TodayPress ABŞ mediasına istinadla xəbər verir ki, evsizlik xüsusilə böyük şəhərlərdə narahatlıq doğurur.
Son məlumatlara görə, Nyu-York, Los-Anceles və Çikaqo kimi böyük şəhərlərdə yaşayan minlərlə insan mənzil problemi ilə üzləşib. Evsizliklə bağlı statistikaya görə, Nyu Yorkda evsiz və küçələrdə yaşayan insanların sayı son 20 ildə ən yüksək səviyyəyə çatıb.
İqtisadi çətinliklər, işsizlik və sağlamlıq problemləri kimi amillər evsiz qalan insanların sayını artırmağa davam edir.
Federal və yerli rəsmilər bu problemi həll etmək üçün təcili addımlar atır. Bundan əlavə qeyri-hökumət təşkilatları və könüllülər də mövcud xaosu aradan qaldırmaq üçün dəstək olamağa səy göstərirlər.
GÜNEL
tag: ABŞ, Çikaqo,Nyu York, Evsizlik böhranı, todaypress.az,