ABŞ-də evsiz vətəndaşların sayı rekord həddə çatdı
Dünya
28.12.2024 06:54
ABŞ-də evsizlərin sayı
rekord həddə çatıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Mənzil
və Şəhərsalma Departamenti xəbər yayıb.
Qurumun hesabatında qeyd olunuru ki, 2024-cü ilin
yanvarında ölkədə 771 480 nəfər bir gecədə evsiz qalıb ki, bu da illik
hesablamada 18 % artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin
yanvarında ABŞ-də evsiz qalan və küçədə, müvəqqəti sığınacaqlarda və ya
avtomobillərdə yaşamağa məcbur olan insanların sayı 650 mini keçib.
Sənəddə o da qeyd olunur ki, 2024-cü ildə uşaqlı
ailələrdə evsizlərin sayı 39 % artaraq 259 473 nəfərə çatıb.
Məlumata görə, evsizlərin sayının artması əlverişli
mənzil çatışmazlığı, inflyasiya, maaş artımının durğunluğu kimi amillərlə
bağlıdır. Bundan əlavə, səhiyyə böhranı və təbii fəlakətlər vəziyyətə mənfi
təsir göstərib.
tag: ABŞ, Evsiz, Şəhərsalma, Mənzil, todaypress.az,