ABŞ-də Demokrat Partiyasının qurultayı keçiriləcək
Dünya
19.08.2024 09:22
Avqustun 19-da Amerikanın Çikaqo şəhərində ABŞ Demokrat Partiyasının qurultayı keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Tədbirdə ABŞ prezidentliyinə namizəd, vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Uolz da daxil olmaqla, partiyanın bir çox aparıcı simalarının çıxışları olacaq.
Konqresdə, həmçinin ABŞ-nin eks prezidenti Bill Klinton, sabiq dövlət katibi Hillari Klinton, həmçinin Amerika dövlətinin keçmiş başçısı Barak Obama çıxış edəcəklər.
Qeyd edək ki, bundan əvvəl ABŞ sakinləri arasında qarşıdan gələn seçkilərlə bağlı keçirilən sorğu göstərib ki, amerikalı seçicilərin 50 faizi Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləyir.
Günəş Mərd
tag: Amerika, Çikaqo, ABŞ, Kamala Harris, Konqres, todaypress.az,