ABŞ-də çovğun 4 nəfərin həyatına son qoydu
Dünya
07.01.2025 09:07
ABŞ-də qar fırtınası 4 nəfərin həyatına son qoyub.
TodayPress xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Qeyd olunur ki, 61 yaşlı Missuri sakini qar təmizləyərkən aldığı ölümcül xəsarət nəticəsində dünyasını dəyişib.
Kanzas ştatında hava şəraiti ilə bağlı qəza nəticəsində iki nəfər ölüb. Sürücü bənddən enmək məcburiyyətində qalıb və nəticədə avtomobil bir neçə dəfə aşıb. Texasda daha bir cəsəd avtobus dayanacağının qarşısında tapılıb. Qeyd olunub ki, yerli sakin hipotermiyadan ölüb.
Xatırladaq ki, son günlər ABŞ-də baş verən şiddətli qar fırtınası səbəbindən təxminən 2,5 min uçuş ləğv edilib və ya gecikib. 60 milyondan çox insanın risk altında olduğu bildirilib.
Əlverişsiz hava şəraiti ölkənin mərkəzi hissəsindən şərq sahillərinə qədər ərazini əhatə edib.
Günəş Mərd
tag: ABŞ,Çovğun,Qar,Ölüm,Todaypress.az,