ABŞ-də baş verən atışmada 4 nəfər öldü, yaralananlar var

Dünya

07.07.2024 08:58

ABŞ-nin Kentukki ştatının şimalındakı Florensiyada yaşayış evində baş verən atışma nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb.

TodayPress xəbər verir ki, polisin məlumatına görə, hücum edən şəxs yeddi nəfəri güllələyib. Onlardan dördü yerindəcə ölüb, daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Cinayətkar qaçmağa çalışsa da, təqib nəticəsində avtomobili yoldan çıxaraq çuxura düşüb. O özünə xəsarət yetirib və xəstəxanaya göndərilib, daha sonra isə orada ölüb.

tag: ABŞ, Kentukki, Florensiya, Atışma, todaypress.az,