ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq
Dünya
17.02.2025 22:07
ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə
səyyar konsulluq xidməti təşkil olunacaq.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın
Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səyyar konsulluq xidməti 22 fevral
tarixində baş tutacaq.
Qəbul çərçivəsində Nyu-York və ətraf ərazilərdə yaşayan
həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə
də, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.
ABŞ-də səyyar konsulluq xidməti Azərbaycan səfirliyi
tərəfindən ölkənin müxtəlif şəhər və ştatlarında mütəmadi təşkil olunur.
tag: ABŞ, Konsulluq, Azərbaycan, Vaşinqton, Səyyar, todaypress.az,