ABŞ-də axtarış-xilasetmə əməliyyatında təyyarə qəzaya uğradı

Dünya

24.11.2024 09:48

ABŞ-nin Kolorado ştatında “Cessna 182” tipli yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “NBC” televiziyası məlumat yayıb.

Axtarış-xilasetmə uçuşu həyata keçirən təyyarə Boulder şəhərindən təxminən 77 km şimalda qəzaya uğrayıb.

Təyyarədə mülki hava patrulunun könüllüləri olub. Bir pilot və fotoqraf ölüb, ikinci pilot ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbi barədə məlumat verilmir. Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlayıb.

tag: ABŞ,Kolorado,Cessna 182,Pilot,Qəza,todaypress.az,