ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var
Dünya
21.09.2024 22:19
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində atışma zamanı 2 nəfər ölüb, daha üç nəfər xəsarət alıb
Bu barədə TodayPress “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerinə gələn polis
əməkdaşları 20 və 21 yaşlı iki kişinin, 16, 17 və 21 yaşlı qızların
yaralandığını müəyyən ediblər,
Yaralılardan ikisi xəstəxanada ölüb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Atışmanın təfərrüatı
açıqlanmır.
tag: ABŞ, Atışma, Silah, Polis, todaypress.az,