ABŞ-də “ağıllı” magistral tikiləcək
Dünya
28.09.2024 10:20
ABŞ-nin Miçiqan ştatında “ağıllı” avtomobil yolunun tikintisi üzrə pilot layihəyə start verilib.
TodayPress xəbər verir ki, bu barədə layihəni həyata keçirən “Cavnue” şirkəti məlumat yayıb.
Bununla da həmin yoldan istifadə edən avtomobillərin sürücüləri yoldakı vəziyyət barədə çevik məlumat alacaqlar və Nəqliyyat Nazirliyi yaranan problemlə bağlı operativ reaksiya verə biləcək.
Magistral yolda 200 metr intervalda hesablama və sensor modulları, həmçinin rabitə üçün zəruri olan avadanlıqlar quraşdırılacaq. Bundan əlavə, yol süni intellektlə birbaşa əlaqədə olacaq və sürücü avtomobildən təhlükəli formada istifadə edərsə, dərhal xəbərdarlıq ediləcək.
“Cavnue” nümayəndələri iddia edirlər ki, lazımi avadanlıqları olan istənilən avtomobil yola çıxa biləcək.
Layihənin pilot hissəsi başa çatdıqdan sonra Detroit və Ann Arbor şəhərlərini birləşdirmək üçün smart magistralın 40 kilometrə qədər uzadılması planlaşdırılır.
Qeyd edək ki, layihə ABŞ üçün ilk olsa da, Böyük Britaniyada ilk “ağıllı” yol 10 il əvvəl yaranıb.
Töhfə Səməd
tag: ABŞ ,Cavnue, Layihə, Pilot ,Detroit ,todaypress.az,