ABŞ-də açılan ilk seçki məntəqəsində seçkilərin nəticələrinə yekun vuruldu
Dünya
05.11.2024 12:50
Ənənəvi olaraq ABŞ-də ən erkən və ən sürətli səsvermənin keçirildiyi Nyu-Hempşir ştatının kiçik Amerika şəhəri Diksvill Notçda prezident seçkilərinin nəticələrinə yekun vurulub.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Səsvermə başlayandan bir neçə dəqiqə sonra başa çatıb və səsvermə bülletenləri də eyni sürətlə emal edilib. Amerikada məşhur seçki məntəqəsində Demokratların namizədi Kamala Harris və Respublikaçı Donald Tramp hərəyə 3 səs toplayıblar.
Qeyd edək ki, ABŞ-də prezident seçkilərinə bir gün qalmış məlum olub ki, Tramp və Harrisin qalib gəlmək şansları bərabərdir. Belə ki, onları qeydə alınmış seçicilərin 49 faizi dəstəkləyir.
Töhfə Səməd
tag: ABŞ, Tramp, Harris,Seçki, todaypress.az,