ABŞ-də ac donuzlar kişini parçaladı

Dünya

24.02.2025 15:50

2412

ABŞ-nin Pidmont şəhərində ac donuzların hücumuna məruz qalan kişi həyatını itirib. 

TodayPress xəbər verir ki, bu barədə “Calhoun Journal” məlumat yayıb.

Bildirilib ki, polis hadisə barədə ərazidən keçən vətəndaşlardan xəbər tutub. Onun qalıqları avtomobilin altında tapılıb. Hüquq-mühafizə orqanları ölən şəxsin 51 yaşlı Stiven Kayl Satterfild olduğunu müəyyən ediblər.

İlkin araşdırmalara görə, Satterfildi öz donuzları parçalayıb. Heyvanlar qəfəsdən qaçdıqdan sonra kişi onlardan gizlənmək üçün avtomobilin altına girib, lakin bu, onu xilas etməyib.

Qiymət Mahir

tag: ABŞ,Pidmont,Donuz ,Hücum,todaypress.az,