ABŞ-də 3748 nüvə başlığı var: NNSA

Dünya

20.07.2024 15:21

1732

Amerika Birləşmiş Ştatlar nüvə başlıqlarının sayı ilə bağlı məlumatların məxfiliyini ləğv edib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) məlumat yayıb.  

2023-cü ilin sentyabr ayına olan məlumata görə, hazırda ölkədə 3 min 748 nüvə başlığı var. 30 sentyabr 2020-ci ildən indiyədək 405 döyüş başlığı məhv edilib. NNSA, həmçinin 1967-ci ildə (31 min 255 ədəd) və 1989-cu ildə (22 min 217 ədəd) ABŞ-də olan döyüş başlıqlarının sayını açıqlayıb. 

Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) məlumatına görə, ABŞ 2023-cü ildə atom silahlarına 51,5 milyard dollar xərcləyib. Bu xərc nüvə arsenalına malik doqquz ölkənin xərcindən böyükdür. Ümumilikdə isə ölkələr öz arsenallarının saxlanması və modernləşdirilməsinə 91,4 milyard dollar xərcləyib.

Günəş Mərd

tag: ABŞ, Nüvə, Silahlar, ICAN, NNSA, todaypress.az,