ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlandı
Dünya
30.07.2024 14:27
ABŞ-ın “Virginia Tech” şirkətinin alimləri “SARS-CoV-2” koronavirusunun yenot, dovşan, yarasa və opossum kimi vəhşi heyvanlar arasında geniş yayılmasını aşkar ediblər.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Tədqiqat qrupu 23 müxtəlif heyvan növünün burnundan, ağız boşluqlarından və qanından götürülmüş nümunələri təhlil edib. Virus altı heyvan növündə, beş növdə isə infeksiyaya qarşı anticisimlər aşkar edilib. Genetik tədqiqatlar onun heyvanlarda mövcudluğunu təsdiqləyib və insanlar arasında dolaşanlara bənzər unikal mutasiyalar müəyyən edib.
Alimlərin fikrincə, bu kəşf virusun insanlardan heyvanlara keçdiyini göstərir. Tədqiqatçılar əlavə edib ki, yoluxma nisbətləri gəzinti yollarının və ictimai yerlərin yaxınlığında tutulan heyvanlarda ən yüksək olub.
Nərmin Tuncay
tag: ABŞ, Heyvanlar,Alimlər, Virus,SARS-CoV-2, todaypress.az,