ABŞ-da inqilab olacaq
Dünya
24.07.2024 10:08
ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi ölkədə inqilabın başlayacağını bildirib.
TodayPress, “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Məsələ ondan ibarətdir ki, hakimiyyət idealizmə əsaslanacaq, yoxsa onu qaranlıq, mürtəce qüvvələr ələ keçirəcək. Hər nə olsa da, seçim bizimdir” deyə o, əlavə edib.
O, yalnız özünün Donald Trampı məğlub edə biləcəyini bildirmişdi.
Xatırladaq ki, kiçik Kennedi siyasətçi senator Robert Kennedinin oğlu və keçmiş Amerika lideri Con Kennedinin qardaşı oğludur. O, ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edir.
Töhfə Səməd
tag: ABŞ, İnqilab, Tramp, Robert Kenned, Namizəd, todaypress.az,