ABŞ-da Fələstinə dəstək aksiyasında iştirak edən 13 tələbə həbs olundu
Dünya
06.06.2024 07:50
ABŞ-da Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub.
TodayPress xarici mediaya istinadla xəbər verir ki, təhsil müəssisəsinin binasına qanunsuz daxil olan tələbələr universitet prezidentinin ofisini zəbt ediblər. Universitetin yaydığı məlumata görə, aksiyaçılara mane olarkən bir polis əməkdaşının xəsarət alıb.
Həbs olunan sonuncu kurs tələbələrinin universitetdən uzaqlaşdırılacağı və məzun olmağa icazə verilməyəcəyi bildirilib.
GÜNEL
tag: Fələstin, Aksiya, Stanford Universiteti, ABŞ, todaypress.az,