ABŞ-da avtobus qəzasında 7 nəfər öldü
Dünya
01.09.2024 01:48
ABŞ-ın Missisipi ştatında avtobusun qəzaya
uğraması nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb.
TodayPress bu barədə NBC televiziyası xəbər yayıb.
Qeyd olunub ki, ticarət sərnişin avtobusu Viksburqdan
şərqdə şosedən çıxaraq aşıb.
Nəticədə 6 nəfər hadisə yerində, daha bir sərnişin isə
xəstəxanada ölüb. Qəzada xəsarət alan ən azı 37 nəfər müxtəlif tibb
müəssisələrinə yerləşdirilib.
Məlumata görə, qəzanın səbəbləri araşdırılır.
tag: ABŞ, Amerika, Avtoqəza,Missisipi, Ölüm,todaypress.az,