ABŞ Çinin Rusiyaya dəstəyindən narahatdır
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Pekinə səfəri zamanı Çinin Rusiya hərbi-sənaye kompleksinə dəstəyindən və bunun təhlükəsizliyə zidd olmasından narahatlığını ifadə edib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yayılıb.
Sallivan, həmçinin əlavə edib ki, ABŞ Tayvanın müstəqilliyini tanımır və Çinə sadiqdir.
Töhfə Səməd
tag: ABŞ, Prezident, Çin, Ağ Ev, Tayvan, todaypress.az,