ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

Dünya

13.09.2024 00:05

2891

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlamasında bildirib.

O bildirib ki, Amerikanın xarici siyasət idarəsi ballistik raketlərin və raketlə bağlı avadanlıqların, habelə tənzimlənən texnologiyaların yayılmasında iştirak edən beş quruma və bir fiziki şəxsə qarşı tədbirlər görür.

Sanksiyalar Çinin “Hubei Huachangda Intelligent Equipment Company”, “Universal Enterprise Limited” və “Lontek” firmalarına, eləcə də Çində maşınqayırma sahəsində avtomatlaşdırma ilə məşğul olan instituta qarşı tətbiq edilir.

Bundan əlavə, Dövlət Departamentinin məlumatına görə, Pakistanda “Innovative Equipment” şirkətinə qarşı məhdudiyyətlər tətbiq edilir.

tag: Çin, ABŞ, Sanksiya, Pakistan,todaypress.az,