ABŞ Çini kiberhücumda günahlandırır
Çinli hakerlər Amerika rəsmilərinin üç mindən çox sənədinə giriş əldə ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, nazirliyin məsul şəxsləri və hüquq-mühafizə orqanlarının əməkdaşları 2024-cü ildə fayllara giriş əldə ediblər. Nəşr qeyd edib ki, hakerlərin əldə etdiyi məlumatlar arasında ABŞ-nin maliyyə naziri Canet Yellen və onun müavinləri Uolli Adeyemo və Bredli Smitin məlumatları olub.
Kiberhücum ABŞ Xəzinədarlığının 419 kompüterini əhatə edib, lakin yalnız qeyri-məxfi məlumatlar sızdırılıb. Hücuma üçüncü tərəf şirkətin xidmətlərindən istifadə səbəb olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru, MKİ-nin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş Con Ratkliff demişdi ki, Amerika kəşfiyyatı Çinə xüsusi diqqət yetirəcək və onu əsas “təhlükə” kimi qiymətləndirəcək.
Günəş Mərd
tag: ABŞ ,Çin ,Kiberhücum, Maliyyə, todaypress.az,