ABŞ Çinə birgə müdafiə müqaviləsini xatırlatdı

Dünya

01.09.2024 11:10

2781

ABŞ Dövlət Departamenti Çinə birgə müdafiə müqaviləsini xatırladaraq, Filippini müttəfiq kimi dəstəklədiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat yayılıb.

Qeyd olunub ki, Vaşinqton Çinin Sabine Şoal bölgəsində Filippinin qanuni dəniz əməliyyatlarına qarşı təhlükəli və gərginləşdirici hərəkətlərini pisləyir.

Dövlət Departamenti, həmçinin qeyd edib ki, ABŞ-Filippin Qarşılıqlı Müdafiə Müqaviləsinin müvafiq maddəsi Cənubi Çin dənizinin istənilən yerində Filippin hərbi qüvvələrinə və gəmilərinə qarşı silahlı hücumları əhatə edir.

Birləşmiş Ştatlar bildirib ki, avqustun 31-də Çin dəniz polisinin qayığı Sabine Şoal bölgəsində Filippin Sahil Mühafizəsinin gəmisini qəsdən vurub.

Töhfə Səməd

tag: ABŞ,Çin,Filippin,Sahil,Qüvvə,Müdafiə,todaypress.az,