ABŞ Çin şirkətinə qarşı sanksiyalar tətbiq etdi
Dünya
03.01.2025 22:07
ABŞ əvvəllər kiberhücumlarda iştirakda
ittiham olunan Çinin “Integrity Technology Group” şirkətinə qarşı sanksiyalar
tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ
Maliyyə Nazirliyi məlumat yayıb.
Sənəddə bildirilib ki, səhmləri Şanxay Fond Birjasında
satılan şirkət “Flax Typhoon” haker qrupu ilə əlaqəli “botnet” idarə etməkdə
şübhəli bilinir.
ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, bu
qrup kibercasusluqla məşğul olur və bütün dünyada internetə qoşulmuş kompüter
və sənaye qurğularına hücumlar həyata keçirir.
tag: ABŞ, Çin, Sanksiya, Kiber, Cəsusluq, todaypress.az,