ABŞ Çin iqtisadiyyatının böhranından danışdı

Dünya

15.12.2024 14:30

Çin iqtisadiyyatı potensial problemlərlə üz-üzədir. 

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

ABŞ-də analitiklər bildiriblər ki, artıq tutum və tələbin azalması səbəbindən yerli istehsalçılar qiymətləri və investisiyaları azaltmaq məcburiyyətindədirlər. Çin Araşdırma Mərkəzinin təsisçisi Penelope Praym bildirib ki, bu fonda alıcılar qiymətlərin daha da aşağı düşəcəyini gözləyərək alışlarını təxirə salırlar. 

Nümunə olaraq ekspertlər regionun ən böyük kağız istehsalçılarından biri olan "Shandong Chenming Paper" ilə bağlı vəziyyəti göstəriblər. Anbarları məhsullardan azad etmək üçün şirkət qiymətləri aşağı salıb, lakin buna baxmayaraq itkiləri artmağa davam edir. Nəticədə istehsal gücünün dörddə üçünü bağlamalı olub.

WSJ qeyd edib ki, əgər aşağı qiymət gözləntiləri əhali arasında kök salırsa, o zaman bu vəziyyəti dəyişmək çətinləşir. Nümunə olaraq, müəlliflər 1900-cü illərdə daşınmaz əmlak seqmentində və fond bazarında böhranın yaşandığı Yaponiyanı göstərdilər. Yaponlar borcun ödənilməsinə diqqət ayırdıqları üçün ölkə 30 ilə yaxın zəif iqtisadi artım yaşadı.

Töhfə Səməd

tag: Çin ,İqtisadiyyat,Araşdırma Mərkəzi,Shandong Chenming Paper,todaypress.az,