“ABŞ Çin ilə döyüşə hazır deyil”

Dünya

30.07.2024 14:23

“ABŞ-nin hazırki hərbi potensialının zəif olması, onu genişmiqyaslı münaqişələrdən çəkindirir”.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Konqresinin yayımladığı hesabatda yazılıb. 

“Birləşmiş Ştatlar sonuncu dəfə Soyuq Müharibə dövründə bu cür münaqişəyə hazır idi. Həmin müharibə isə 35 il əvvəl başa çatıb. Bu gün isə hazır deyil. Hərbçilərə lazım olan hərbi imkan hazırda yoxdur”.

Qeyd edilib ki, Amerika müdafiə sənayesinin hazırkı vəziyyəti Çindən olduqca geri qalır. Ekspertlər belə nəticəyə gəliblər ki, Pekinlə potensial münaqişədə Vaşinqton cəmi üç-dörd həftə ərzində öz silah-sursat ehtiyatlarının böyük bir hissəsini itirə bilər. 

Xatırtladaq ki, iyulun 26-da məlum olub ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Rusiya və Çinin Alyaska sahillərində keçirdiyi təlimlərdən narahatdır.

Töhfə Səməd

tag: ABŞ,Çin, Döyüş, Müharibə, Amerika, Rusiya, todaypress.az,