ABŞ Çin banklarını sanksiyalarla hədələdi
ABŞ Rusiya hərbi-sənaye kompleksini hipotetik şəkildə dəstəklədiyinə görə Çin banklarına qarşı sanksiyalar tətbiq edəcək.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ-nin maliyyə naziri Canet Yellen məlumat verib.
“Sanksiya tətbiq etmək üçün kifayət qədər əsasımız varsa, ayrı-ayrı banka qarşı sanksiyaların tətbiq edilməsini qətiyyən istisna etmirəm. Çin rəhbərliyi bu məhdudiyyətlərdən istifadə etməyimizin çox mənfi nəticələrə səbəb olan ciddi təhlükə yaradacağını qəbul edir” Yellen bildirib.
O, əlavə edib ki, ABŞ və Çin Rusiya ilə qarşılıqlı fəaliyyət ətrafında mübahisəli məsələləri müzakirə etmək üçün ayrıca rabitə kanalına malikdir. Yellenin sözlərinə görə, bu rabitə kanalı qarşılıqlı əlaqə üçün kifayətdir.
Günəş Mərd
tag: Çin, ABŞ, Canet Yellen, Bank ,todaypress.az,