ABŞ bütün qoşunlarını Nigerdən çıxardı
Dünya
05.08.2024 18:30
ABŞ ordusu Nigerdəki sonuncu bazasındakı nəzarəti yerli qüvvələrə təhvil verib.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
İlkin planlara görə, ABŞ-nin Nigerdən tam çıxarılması sentyabrın 15-dək başa çatmalı idi. Bununla belə, avqustun 5-də ABŞ hərbçiləri Nigerin şimalındakı Aqadez şəhərindəki 201-ci aviabazasını tərk edərək, silah-sursatları çıxarıblar. Bundan əvvəl onlar iyul ayında Niameydəki 101-ci aviabazanı tərk etmişdilər.
Nəşr əlavə edib ki, bir neçə hərbi qulluqçu inzibati məsələləri həll etmək üçün bir müddət ABŞ-nin Nigerdəki səfirliyində qalacaq. Amerika öz qoşunlarını Nigerdən çıxarmaqla Əfqanıstandankı xaosa bənzər münaqişədən yayınmağa müvəffəq olub.
Xatırladaq ki, mart ayında Niger Amerika pilotsuz uçuş aparat bazasının yaradılmasını nəzərdə tutan hərbi müqaviləni ləğv edib.
Töhfə Səməd
tag: ABŞ, Nigeriya, Əfqanıstan,Uçuş Aparatı, Aqadez, todaypress.az,