ABŞ, Böyük Britaniya və Aİ süni intellektlə bağlı saziş imzalayacaq
Dünya
05.09.2024 12:40
ABŞ, Avropa İttifaqı və Böyük Britaniya süni intellektdən istifadə standartlarına dair ilk dəfə beynəlxalq saziş imzalayacaq.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“İnnovasiyaların süni intellekt qədər sürətlə irəliləməsi ilə qlobal miqyasda ilk addımı atmağımız həqiqətən vacibdir. Bu, müxtəlif ölkələri bir araya gətirən qlobal əhəmiyyətə malik ilk sazişdir" deyə Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Piter Kayl bildirib.
Qeyd olunub ki, konvensiyanın mətni iki il ərzində 50-dən çox ölkə, o cümlədən Kanada, İsrail, Yaponiya və Avstraliya tərəfindən hazırlanıb. Sənəd, imzalayan tərəfləri süni intellekt sistemlərinin hər hansı zərərli və ayrı-seçkilik yaradan nəticələrinə görə məsuliyyət daşımağa məcbur edir. Xüsusilə, tərəflər bərabərlik və şəxsi toxunulmazlıq kimi hüquqlara hörmət etməli və pozulmasının qarşısını almalıdır.
Bu müqavilə hüquqi qüvvəyə malik olsa da, onun müddəalarının pozulmasına görə heç bir cəza nəzərdə tutulmayıb. Sazişin müddəalarına əməl olunmasını tənzimləyən yeganə mexanizm monitorinqdir. Tənqidçilərin fikrincə, bu, elə də təsirli bir vasitə deyil.
Töhfə Səməd
tag: ABŞ, Böyük Britaniya ,Saziş, Süni İntellekt, Avropa İttifaqı, todaypress.az,