ABŞ borc limiti üçün fövqəladə tədbirlər həyata keçirəcək
Dünya
20.01.2025 17:43
ABŞ-ın maliyyə naziri Janet Yellen borc həddinə çatmağın qarşısını almaq üçün yanvarın 21-dən etibarən fövqəladə tədbirlərin həyata keçiriləcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyi tərəfindən məlumat dərc edilib.
Məlumatda deyilir ki, Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona borc limiti ilə bağlı yeni məktub göndərib.
Nazirlik tərəfindən borc limiti ilə bağlı atılan addımlar barədə məlumat verən Yellen, Xəzinədarlığın yanvarın 21-də fövqəladə tədbirlər həyata keçirməyə başlayacağını vurğulayıb.
Yellen, Dövlət Xidməti Təqaüd və Əlillər Fonduna tam investisiyanın mümkün olmayacağını və 14 Mart tarixinə qədər davam edəcək "borc verilməsinin dayandırılması müddəti"nin başlayacağını və buna bənzər şəkildə Poçt Xidmətləri Təqaüdçü Sağlamlıq Faydalarına investisiyaların başlayacağını ifadə edib.
Fondlara qoyulan investisiyaların borc limitinin artırılması və ya dayandırılması ilə bərpa ediləcəyini qeyd edən Yellen, federal təqaüdçülərin və işçilərin bu vəziyyətdən təsirlənməyəcəyini açıqlayıb.
ABŞ Maliyyə Naziri Yellen ötən ay göndərdiyi məktubda borc limitinin 14-23 yanvar tarixləri arasında əldə ediləcəyinin proqnozlaşdırıldığını bildirib.
Qeyd edək ki, Birləşmiş Ştatlarda borc limiti “ABŞ hökumətinin cari qanuni öhdəliklərini yerinə yetirmək üçün borc götürməyə icazə verdiyi pulun ümumi məbləği” deməkdir.
ABŞ Xəzinədarlığı Konqresin qanunla müəyyən etdiyi limitə çatana qədər borc götürmək səlahiyyətinə malikdir.
Xatırladaq ki, ABŞ-də federal hökumət sonuncu dəfə 2023-cü ilin əvvəlində 31,4 trilyon dollarlıq borc həddinə çatıb. Borc limiti ABŞ Konqresində aylarla davam edən danışıqlardan sonra 2023-cü ilin iyununda 2025-ci il yanvarın 1-dək dayandırıldı.
Borc limiti sözügedən tənzimləmədə göstərilən müddət bitdikdən sonra yanvarın 1-dən yenidən qüvvəyə minib.
ABŞ-ın hazırkı borcu 36,1 trilyon dollar təşkil edir.
Nicat Osman
tag: ABŞ, Maliyyə,Janet Yellen, Konqres, Dünya,todaypress.az,