ABŞ bombardmançı təyyarələri Finlandiya üzərində təlim uçuşu həyata keçirdi
Dünya
21.07.2024 17:30
ABŞ
Hərbi Hava Qüvvələrinə məxsus iki B-52 Stratofortress uzunmənzilli ağır
bombardmançı təyyarəsi Finlandiya hava məkanı üzərində uçub.
TodayPress,
“TASS”a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələri məlumat
yayıb.
Məlumata
görə, uçuşlar təlim tədbirlərinin bir hissəsi olub. Bombardmançılara iki
Amerika KC-135 və bir KC-46 tanker təyyarəsi dəstək verib.
Qeyd
edək ki, əməliyyat Finlandiyanın milli qanunvericiliyi və qaydalarına uyğun həyata
keçirilib.
Töhfə Səməd
tag: ABŞ,Finlandiya,Norveç,Hərbi Hava Qüvvələri,todaypress.az,