ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir

Dünya

25.09.2024 08:45

ABŞ Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

TodayPress bu barədə ABŞ mediası Ağ Evdəki iki mənbəyə istinadən yazır.

İvanişvili Rusiya şirkətlərinin Gürcüstan bazarına çıxış əldə etməsində, “Tbilisinin Avropa İttifaqı və NATO-ya daxil olmaq siyasətinə mane olmaqda” ittiham olunur.

Mümkün sanksiyalara siyasətçinin ABŞ-yə girişinə qadağa qoyulması, onun bu ölkədəki aktivlərinin (əgər varsa) dondurulması, ABŞ vətəndaşlarının və şirkətlərinin onunla biznes fəaliyyətinin qadağan edilməsi daxildir.

Ağ Ev Gürcüstanda xarici agentlər haqqında qanunun ləğvinə nail ola bilmədiyi üçün də məyus olduğunu da qeyd edib.

 

tag: Gürcüstan,Ağ Ev,Xarici Agentlər Haqqında Qanun,ABŞ, todaypress.az,