ABŞ ATACMS-la bağlı iddiaları təsdiqlədi

Dünya

27.11.2024 09:42

Pentaqonun sözçüsü Patrik Rayder noyabrın 26-da Vaşinqtonun Kiyevə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək icazəsini təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Brifinqdə Rayder Ukrayna Silahlı Qüvvələrinə Amerika raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsini təsdiqləyib. 

Rəsmi nümayəndə əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə hücumları Kursk vilayətinə yönəlib.

Töhfə Səməd

tag: Rusiya, Patrik Rayder, Kiyev, ATACMS, Raketlər, todaypress.az,