ABŞ Almaniyaya 5 milyard dollarlıq “Patriot” satışına icazə verdi

Dünya

16.08.2024 12:27

ABŞ Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 “Patriot” raket avadanlığının satışını təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb. 

Bununla da Almaniyanın Ukraynaya külli miqdarda silah yardımından sonra azalan ehtiyatlarını yenidən dolduracağı gözlənilir.

ABŞ Dövlət Departamenti sözügedən satışın Avropada təhlükəsizlik və sabitliyə töhfə verəcəyinə diqqət çəkib.

Qeyd edək ki, Almaniya ABŞ-dən sonra Kiyevə ən çox hərbi dəstək verən ölkə kimi tanınır.

Töhfə Səməd

tag: Almaniya, Ukrayna, Avropa, ABŞ, Departament, todaypress.az,