ABŞ, Almaniya, Britaniya və Fransa liderləri bir araya gələcəklər
Dünya
25.09.2024 05:11
Almaniyada
Bayden, Şolts, Makron və Starmer arasında görüş hazırlanır.
TodayPress xəbər verir ki, bu barədə
"Spiegel" Berlinin hökumət dairələrindən daxil olan məlumata
istinadən yazır.
Nəşrin məlumatına
görə, ABŞ prezidenti oktyabrın 10-dan 12-dək ölkəyə səfər edəcək. Almaniya
hökuməti Bayden ölkədə olarkən Fransa prezidenti Emmanul Makron və Böyük
Britaniyanın baş naziri Kir Starmeri də dəvət etməyi planlaşdırır.
Rusiyalı
politoloq Sergey Markovun fikrincə, "Dördlük" adlanan formatda
keçiriləcək görüş, çox güman ki, ABŞ prezidentliyinə namizəd Kamala Harrisə
dəstəyə həsr olunacaq.
tag: Almaniya, Makron, Bayden, Şolts, Stamer, todaypress.az,