ABŞ Ali Məhkəməsi Trampı mühakimə edəcək

Dünya

10.01.2025 13:50

ABŞ Ali Məhkəməsi seçilmiş prezident Donald Trampın keçmiş aktrisa Stormi Danielsə pul ödəməsində “Trump Organization” təşkilatının sənədlərinin saxtalaşdırılması işi üzrə hökmün təxirə salınması ilə bağlı tələbini rədd edib. 

TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” məlumat yayıb.

“İşin dayandırılması ilə bağlı vəsatət təmin edilməyib. Məhkəmədə iddia edilən sübutların pozulmasına adi apellyasiya şikayəti ilə baxıla bilər” məhkəmə qərarında bildirib.

Sənəddə həmçinin vurğulanıb ki, məhkəmənin şərtsiz azadlığa buraxılma” hökmü çıxarmaq niyyəti fonunda Ali orqanın Ağ Evin gələcək rəhbərinin vəzifələrinin icrasına qoyacağı yük nisbətən cüzidir. 

Yanvarın 4-də məlum olub ki, Nyu-York məhkəməsi yanvarın 10-da Trampı sənədlərin saxtalaşdırılması işi ilə bağlı hökm çıxaracaq və siyasətçinin də iclasda iştirakına göstəriş verilib. Qeyd olunur ki, məhkəmə Trampın andiçmə mərasimindən əvvəl keçirilməsinə üstünlük verib.

Töhfə Səməd

tag: ABŞ, Tramp ,Məhkəmə ,Mühakimə, todaypress.az,