ABŞ 16 Venesuela məmuruna qarşı sanksiya tətbiq etdi
Dünya
13.09.2024 07:47
ABŞ Venesuelada
keçirilmiş prezident seçkiləri zamanı qanun pozuntularına yol verdiyini iddia
etdiyi 16 venesuelalı məmur ilə bağlı iqtisadi və viza məhdudiyyətləri tətbiq
edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Dövlət
Departamentinin mətbuat xidməti bəyanat yayıb.
Sənəddə qeyd olunur ki, bu tədbirlər Venesuelada
rəqabətli seçkilərin keçirilməsinə mane olmaqda və ölkədə hakimiyyəti qanunsuz
olaraq saxlamaq cəhdlərində ittiham olunan Nikolas Maduronu və onun
tərəfdaşlarını məsuliyyətə cəlb etmək üçün nəzərdə tutulub.
Sanksiya tətbiq olunan şəxslər Venesuela Milli Seçki
Şurasının, Ali Məhkəməsinin rəhbərləri və hazırkı prezidentlə əlaqəli Milli
Assambleya üzvləridir.
Məlumata görə, Dövlət Departamenti öz növbəsində
Venesuelada demokratiyaya xələl gətirdiyini iddia etdiyi Maduro tərəfdarlarına
qarşı yeni viza məhdudiyyətlərinin tətbiqi üçün addımlar da atır.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident
seçkiləri keçirilib. Nikolas Maduro seçicilərin 51,95 %-nin səsini toplayaraq
yenidən prezident seçilib.
tag: Rusiya, ABŞ, Venesuela, Nikolas Maduro,todaypress.az,