ABŞ 131 miqrantı Özbəkistana deportasiya etdi

Dünya

30.04.2025 23:40

24

ABŞ hakimiyyəti ölkədə qanunsuz məskunlaşan və Mərkəzi Asiyadan olan 130-dan çox miqrantı Özbəkistana deportasiya edib.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yazılı açıqlamasında deyilir.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan sakinləri aprelin 30-da deportasiya ediliblər.

“Biz qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi səylərində Özbəkistanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik” açıqlamada bildirilir.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib.

tag: ABŞ,Özbəkistan, Miqrant, Qazaxıstan, Deportasiya, todaypress.az,