95 avtomobilin iştirakı ilə güclü qəza baş verdi - FOTO
Dünya
03.01.2025 16:33
Qazaxıstanda paytaxt Astanadan Şuçinsk şəhərinə gedən magistral yolda güclü qəza baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Koğam və Karatal kəndləri arasında buz və güclü qar fırtınası nəticəsində 95 avtomobil toqquşub.
Qeyd olunub ki, qəzaya səbəb sürücülərin sürət həddinə və təhlükəsiz məsafəyə riayət etməməsi olub.
Yolun bir zolağı boşaldılıb, qəzaya uğramış, lakin işlək vəziyyətdə qalan avtomobillər hərəkətlərinə davam edə biliblər.
Günəş Mərd
tag: Qazaxıstan, Qar ,Fırtına ,Sürücü ,Qəza ,todaypress.az,
![photo](/uploads/news/6777d42d3d4ee.jpg)